KÜNC 2018-ci ildə Elşən Babayev tərəfindən yaradılıb və 3 il sonra Azər və Gülnar Hümbətovlar tərəfindən alınıb. Biz, Azərbaycanda yerli və əl işi (handmade) beton məhsullar hazırlayan kiçik bir brend olaraq fəaliyyət göstəririk.
KÜNC-də təbiətə və ekoloji davamlılığa böyük önəm veririk. Hər bir məhsulumuz, yalnız dizayn baxımından gözəl olmaqla qalmır, həm də ətraf mühitə dost yanaşma ilə hazırlanır. Ekoloji davamlılıq bizim üçün əsas dəyərlərdən biridir. Məhsullarımızın hər biri ekoloji cəhətdən təmiz, uzunömürlü və yenidən istifadə oluna bilən materiallardan hazırlanır. Beləliklə, biz təbiətə olan təsirimizi minimuma endirməyə çalışırıq və müştərilərimizi də bu ekoloji dost yanaşmanı dəstəkləməyə dəvət edirik.
Biz pərakəndə və korporativ satışlar həyata keçiririk və müştərilərimiz əsasən yerli insanlardır. Əsas məhsullarımız arasında beton dibçəklər, şam qabıları, saatlar, qələm qabları və mücrülər yer alır. Hər bir məhsulumuz əl işidir və təbiətə olan sevgimizdən ilham alaraq hazırlanır.
KÜNC ailəsi olaraq bizə qoşulmaqla, siz həm unikal əl işi məhsullarına sahib olacaq, həm də daha ekoloji və davamlı bir dünyaya töhfə verəcəksiniz. Birlikdə daha yaşıl və gözəl bir gələcək yaradaq."
Tag @miniture in your Instagram photos for a chance to be featured here.
Künc unikal, əl işləri olan beton məhsulların aparıcı təchizatçısıdır. Bakıda sevgi ilə hazırlanmış dibçəklər, qələm qabları, şam qabları və saat kolleksiyamızı kəşf edin.